“XURAL” QƏZETİNİN BAŞ REDAKTORU APELLYASİYA ŞİKAYƏTİ VERİB

Bu gün (14 avqust) “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı Adolf Hitlerin “Mənim Savaşım” (Mein kampf) kitabının tərcüməsi ilə bağlı cinayət işinə əsasən Nərimanov rayon məhkəməsinin çıxardığı qərardan apellyasiya şikayəti verib.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) məlumat verən Əvəz Zeynallının sözlərinə görə, məhkəmə cinayət işinə xitam verilməsi barədə hökm çıxarsa da, hökmdə onun təqsirli bilinməsi də əksini tapıb. “Hakim Turqay Hüseynov hökmün nəticə hissəsini elan edərkən yalnız işə xitam verilməsini dedi. Hökmü əldə etdikdən sonra isə məlum oldu ki, orada “Əvəz Zeynallı Cinayət Məcəlləsinin 283.1 maddəsi ilə cəza təyin edilmədən təqsirli bilinsin və cinayət işinə xitam verilsin” yazılıb. Bu səbəbdən əvvəlcədən hakim hökmün elan olunmasını videolentə alınmasına icazə verəcəyini desə də, hökmü elan edəndə buna icazə vermədi” – deyən Əvəz Zeynallı bildirdi ki, Nərimanov rayon məhkəməsinin çıxardığı hökmdən apellyasiya şikayəti verərək, cinayət işinin tamamilə ləğv olunmasını istəyir.
Xatırladaq ki, Adolf Hitlerin "Mənim Savaşım" kitabının tərcüməsinə görə Ə.Zeynallıya  qarşı 2004-cü ilin dekabr ayında MTN-də Cinayət Məcəlləsinin 283.1 maddəsi ilə cinayət işi qaldırılmış və 2005-ci ilin fevral ayında əməldə cinayət tərkibi olmadığına görə işə xitam verilmişdi. 2007-ci ilin may ayında isə kitab ikinci dəfə çap olunan zaman cinayət işi Baş Prokurorun birinci müavini Rüstəm Usubov tərəfindən yenilənərək, yenidən MTN-in İstintaq İdarəsinə göndərilmiş və həmin ilin oktyabr ayında cinayət işinin istintaqı yekunlaşaraq, baxılması üçün Nərimanov rayon Məhkəməsinə göndərilmişdi.  29 iyul 2009-cu ildə Nərimanov rayon məhkəməsində cinayət işinə xitam verilməsi barədə hökm çıxarılıb.
Previous Post

TƏRƏFLƏR ARASINDA BARIŞIQ ƏLDƏ OLUNUB

Next Post

EUROVISİON-2009 YARIŞMASINDA ERMƏNİSTAN TƏMSİLÇİSİNƏ SƏS VERƏNLƏR MİLLİ TƏHLÜKƏSİZLİK NAZİRLİYİNƏ ÇA

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.