Bu gün (19 avqust) Lənkəran rayon Məhkəməsində hakim Cavanşir Məmmədovun sədrliyi ilə Pərviz Əzimovun Lənkəran Dövlət Universitetindən (LDU) xaric olunması ilə bağlı əmrin qanunsuz hesab olunması barədə iddiasına əsasən keçirilməli olan məhkəmə prosesi təxirə salınıb.
Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) Pərviz Əzimovun özü məlumat verib. Onun sözlərinə görə hakim C.Məmmədovun qeyri-müəyyən səbəbdən prosesdə iştirak etmədiyi üçün məhkəmə prosesi 27 avqust saat 15:30-dək təxirə salınıb.
Xatırladaq ki, LDU-nun rəhbərliyi tələbənin nizam intizam qaydalarını pozmasına görə universitetdən qovulduğunu bildirir. P.Əzimov isə universitetdə baş verən qanunsuz hallarla bağlı “Cənub Xəbərləri” qəzetinin 10 fevral 2009-cu il tarixli sayında dərc etdirdiyi “Qapalı otaqlarda açıq bazar” məqaləsinə görə universitetdən qovulduğunu iddia edir.