PƏRVİZ ƏZİMOVUN MƏHKƏMƏ PROSESİ TƏXİRƏ SALINDI

Bu gün (19 avqust) Lənkəran rayon Məhkəməsində hakim Cavanşir Məmmədovun sədrliyi ilə Pərviz Əzimovun Lənkəran Dövlət Universitetindən (LDU)  xaric olunması ilə bağlı əmrin qanunsuz hesab olunması barədə iddiasına əsasən keçirilməli olan məhkəmə prosesi təxirə salınıb.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) Pərviz Əzimovun özü məlumat verib. Onun sözlərinə görə hakim C.Məmmədovun qeyri-müəyyən səbəbdən prosesdə iştirak etmədiyi üçün məhkəmə prosesi 27 avqust saat 15:30-dək təxirə salınıb.
Xatırladaq ki, LDU-nun rəhbərliyi tələbənin nizam intizam qaydalarını  pozmasına görə universitetdən qovulduğunu bildirir. P.Əzimov isə universitetdə baş verən qanunsuz hallarla bağlı  “Cənub Xəbərləri” qəzetinin 10 fevral 2009-cu il tarixli sayında dərc etdirdiyi “Qapalı otaqlarda açıq bazar” məqaləsinə görə universitetdən qovulduğunu iddia edir.

Previous Post

HƏYAT YOLDAŞI QƏNİMƏT ZAHİDLƏ GÖRÜŞÜB

Next Post

HOLLANDİYADAKI AZƏRBAYCAN SƏFİRLİYİNİN QARŞISINDA ETİRAZ AKSİYASI KEÇİRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.