PƏRVİZ ƏZİMOVUN İDDİASI ÜZRƏ MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Bu gün (02 sentyabr) Lənkəran şəhər Məhkəməsində hakim Cavanşir Məmmədovun sədrliyi ilə Pərviz Əzimovun Lənkəran Dövlət Universitetindən (LDU)  xaric olunması ilə bağlı əmrin qanunsuz hesab olunması barədə iddiasına əsasən məhkəmə prosesi keçirilib. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) P.Əzimovun özü məlumat verib.

 Prosesdə cavabdeh tərəfdən LDU-nun prorektoru Ruslan Həmidov, iddiaçı qismində isə P.Əzimovun özü iştirak edib.  
“Prosesdə iş yoldaşım –  “Cənub xəbərləri” qəzetinin müxbiri Sədrəddin Kazımov şahid qismində ifadə verdi. Proses uzanmasın deyə, digər iki şahidin dindirilməsi ilə bağlı vəsatətimdən imtina etdim” –  deyən P.Əzimov bildirdi ki, hakim qərar vermək üçün son  prosesi 10 sentyabr saat 11:00-a təyin edib.
Xatırladaq ki, LDU-nun rəhbərliyi tələbənin nizam-intizam qaydalarını pozmasına görə universitetdən qovulduğunu bildirir. P.Əzimov isə universitetdə baş verən qanunsuz hallarla bağlı  “Cənub Xəbərləri” qəzetinin 10 fevral 2009-cu il tarixli sayında dərc etdirdiyi “Qapalı otaqlarda açıq bazar” məqaləsinə görə universitetdən qovulduğunu iddia edir.

Previous Post

ALİ MƏHKƏMƏ QƏNİMƏT ZAHİDİN ŞİKAYƏTİNİ TƏMİN ETMƏYİB

Next Post

NOVRUZƏLİ MƏMMƏDOVUN HƏYAT YOLDAŞI BAŞ PROKURORA MÜRACİƏT EDİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.