Bu gün (14 oktyabr) Helsinki Vətəndaş Assambleyasının Azərbaycan komitəsinin ofisində “Tolışi-sədo” qəzetinin mərhum baş redaktoru Novruzəli Məmmədovun həbsxanada ölümü ilə bağlı mətbuat konfrans keçirildi.
Konfransda çıxış edən Arzu Abdullayeva N.Məmmədovun həbsi və ölümü ilə bağlı tədbir iştirakçılarına məlumat verdi.
Daha sonra N.Məmmədovun vəkili Ramiz Məmmədov Novruzəli Məmmədovun ölümündə dövlət qurumlarının, xüsusən də Milli Təhlükəsizlik Nazirliyi və Ədliyyə Nazirliyinin günahkar olduğunu bildirdi. Vəkil bildirdi ki, onlar dəfələrlə N.Məmmədovun sag olduğu vaxt tibbi-ekspertizadan keçirilməsini tələb ediblər, lakin bu iş qəsdən yubadılmışdır. “Artıq ekspertizanın keçirildiyi vaxt N.Məmmədov üçün gec idi, yəni onun xəstəlikləri artmışdı və ölüm həddinə çatmışdı” – deyən vəkil onu da qeyd etdi ki, həbsdə olan zaman 68 yaşında olan yaşlı bir kişi seksual zorakılıqla hədələnmiş və ona bildirilmişdir ki, Əlikram Hümbətov kimi onu da ölkədən çıxmağa məcbur edəcəklər.
Vəkil onu da bildirdi ki, bu halda Avropa Konvensiyanın 2, 3, 6, 8, 10, 13 və 1 saylı protokolun 1-ci maddəsi pozulduğu üçün, bu məsələ ilə bağlı Avropa məhkəməsinə şikayət təqdim edilmişdir.
Xatırladaq ki, “Tolışi Sədo” (“Talışın Səsi”) qəzetinin baş redaktoru Novruzəli Məmmədov 17 avqust 2009-cu il tarixdə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Mərkəzi Xəstəxanasında vəfat edib. N.Məmmədov 2007-ci ildə qapalı keçirilən məhkəmədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (“Dövlətə Xəyanət”) maddəsi ilə 10 il müddətinə azadlıqdan məhrum edilsə də, milliyyətcə talış olan N.Məmmədov özünü təqsirli bilməyərək, etnik-siyasi motivlərlə və ifadə azadlığına görə həbs olunduğunu iddia edirdi.