“RESPUBLİKA” QƏZETİNİN NƏŞRİ BƏRPA EDİLDİ

Bu gün (14 oktyabr) “Respublika” qəzetinin fəaliyyəti bərpa edilib. Bu barədə RATİ-yə qəzetin özünü təqdim etməyən əməkdaşı bildirib.

O qeyd edib ki, yaranmış problemlər aradan qaldırılıb və artıq bu gün qəzetin növbəti buraxılışı nəşr olunub.
Xatırladaq ki, "Respublika” qəzeti oktyabrın 7-dən etibarən nəşrini dayandırmışdı. Baş redaktor Teymur Əhmədov mətbuata qəzetin çapının dayanmasına səbəb kimi  kağızın tükənməsi, yayım firmalarının redaksiyaya borclu qalmasını göstərsə də, qəzetin bağlanması üçün gözəgörünməz qüvvələrin maraqlı olmasını da diqqətə çatdırmışdı.
Qeyd edək ki, “Respublika” qəzetinin təsisçisi Azərbaycan Respublikası  Prezidentinin İşlər İdarəsidir.
Previous Post

MTRŞ SƏDRİ XARİCİ RADİOSTANSİYALARIN AÇILMAYACAĞINI BİLDİRİB

Next Post

NOVRUZƏLİ MƏMMƏDOV HƏBSXANADA OLARKƏN SEKSUAL ZORAKILIQLA HƏDƏLƏNİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.