TELEKANALLARDAKI VƏZİYYƏT MÜZAKİRƏ OLUNUB

Dünən Milli Televiziya və Radio Şurası (MTRŞ) və Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə bağlı Azərbaycanın efir məkanındakı vəziyyətə həsr olunmuş dəyirmi masa keçirilib.

Tədbirdə Azərbaycan telekanallarında olan problemlər müzakirə olunub.
     MTRŞ-nın sədri Nuşirəvan Məhərrəmli tədbir vasitəsilə  Mədəniyyət və Turizm Nazirliyinə müraciət edərək, Azərbaycanda yalnız festivallar üçün hazırlanan filmlərin simvolik qiymətlərlə  yerli telekanallarda yayılmlanmasına köməklik göstərməyi xahiş edib.
     Tədbirdə  iştirak edən Dilarə Əliyeva adına Qadın Hüquqlarını  Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu ANS telekanalını  müstəqilliyini itirməkdə günahlandırıb. ANS-in vitse-prezidenti Mirşahin Ağayev isə " Heç kim vətənpərvərliyi faizlə ölçə bilməz. ANS həmişəki qədər müstəqildir” deyə cavab verib.
     Millət vəkili Sabir Rüstəmxanlı “Space” telekanalındakı  bir sıra verilişlərdə Azərbaycan dilinin təhrif olunduğunu bildirib və kanalın rəhbəri Vaqif Mustafayevə “siz televiziya sahəsini bilmirsiniz. Ümumiyyətlə, mən “Space”-i telekanal saymıram” – deyə söyləyib.  
Vaqif Mustafayev iradla razılaşmayaraq, “Mən sizdən fərqli olaraq bu sahə üzrə Rusiyada təhsil almışam. Hər kəs subyektiv hislərini, incikliklərini burada dilə gətirməməlidir” – deyə ona cavab verib.
Previous Post

NOVRUZƏLİ MƏMMƏDOV HƏBSXANADA OLARKƏN SEKSUAL ZORAKILIQLA HƏDƏLƏNİB

Next Post

DEFAMASİYA HAQQINDA QANUN LAYİHƏSİ PARLAMENTƏ TƏQDİM OLUNUB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.