“ARTİCLE 19” TƏŞKİLATI AZƏRBAYCANDA İNFORMASİYA ƏLDƏ ETMƏK HÜQUQUNUN TƏMİN EDİLMƏSİ İLƏ BAĞLI HESABA

Bu gün (3 noyabr) Azərbaycan Media Mərkəzində “Article 19” təşkilatının Azərbaycanda informasiya əldə etmək hüququnun təmin olunması və qorunması üçün yaradılmış sistemin keyfiyyətini araşdıraraq hazırladığı hesabatla bağlı mətbuat konfransı keçirildi.

Konfransda çıxış edən “Yeni Nəsil” Jurnalistlər birliyinin sədri Arif Əliyev bildirdi ki, araşdırmalar Bakı, Gəncə və Sumqayıt şəhərlərində aparılıb və əsasən də dövlət orqanlarına göndərilmiş informasiya sorğuları ilə əlaqədar olub. İnformasiya sorğuları ilə bağlı keçirilən məhkəmələrdə də araşdırmalar aparıldığını bildirən A. Əliyev qeyd etdi ki, “Article 19” təşkilatına bu işdə jurnalistika ilə bağlı “Yeni Nəsil” Jurnalistlər Birliyi, hüquqi işlərlə bağlı isə “Media Hüquqları İnstitutu” kömək edib.

“Article 19”-un proqram rəhbəri Natali Losekoot bildirdi ki, informasiya əldə etməklə bağlı qanunvericilikdə boşluqlar mövcuddur. Belə ki, dövlət orqanları heç bir əsas göstərmədən informasiya sorğularını cavablandırmaqdan imtina edir. Bu da dövlətlə cəmiyyət arasında etimadın mövcudluğuna ciddi zərbə vurur.

“Media Hüquqları İnstitutu”nun rəhbəri Rəşid Hacılı  isə bildirdi ki, araşdırmalar nəticəsində dövlət orqanlarının internet saytlarında məlumatların yalnız  20 faizə qədərinin yerləşdirildiyi məlum olub.

Foto: http://www.irfs.az/component/option,com_datsogallery/Itemid,30/func,viewcategory/catid,355/lang,az/

Previous Post

AJB LAYİHƏNİN YEKUNLARI İLƏ BAĞLI TƏDBİR KEÇİRİB

Next Post

QƏNİMƏT ZAHİDİN APELLYASİYA ŞİKAYƏTİ ÜZRƏ İLKİN MƏHKƏMƏ BAXIŞI KEÇİRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.