MƏLAHƏT NƏSİBOVAYA “RAFTO” MÜKAFATI TƏQDİM OLUNUB

Bu gün (09 noyabr) İnsan Hüquqları Evində “Azadlıq”  radiosunun Naxçıvan üzrə müxbiri Məlahət Nəsibovaya 2009-cu ilin İnsan Hüquqları üzrə Rafto mükafatının təqdimetmə mərasimi olub.

Məlahət Nəsibova bildirdi ki, 2009-cu ilin İnsan Hüquqları üzrə  Rafto mükafatının almaqdan böyük qürur duyur. “Mükafatın təqdimetmə mərasimi Norveçin Bergen şəhərindəki Milli Teatrda baş tutdu. Mən bu mükafatı bütün Azərbaycan adından aldığımı düşünürəm” – deyən M.Nəsibova bildirdi ki, mərasimdə Azərbaycanda söz azadlığının vəziyyətindən danışıb və ölkədə azad fikirli jurnalistlərin təqib olunduğunun, həbs edildiyini deyib.

Tədbirdə  çıxış edən İnsan Hüquqları Evinin əməkdaşı Rəqsanə Məmmədova, Sülh və Demokratiya İnstitutunun sədri Leyla Yunus, İnsan Haqları Evinin koordnatoru Vüqar Qocayev, Media Hüquqları Mərkəzinin sədri Mətanət Müslümqızı çıxış edərək, M.Nəsibovanı təbrik etdilər.

Tədbirdə  həmçinin Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun sədri Emin Hüseynov, Britaniya səfirliyinin və Norveç səfirliyini əməkdaşları və bəstəkar Firudin Allahverdi də iştirak edirdilər.

Qeyd edək ki,  Məlahət Nəsibova Azad Avropa/Azadlıq radiosunun və “Turan” informasiya agentliyinin müxbiridir. O həmçinin Naxçıvanda fəaliyyət göstərən Demokratiya və QHT-lərin İnkişafının Resurs Mərkəzinə rəhbərlik edir.

Previous Post

Emin Milli və Adnan Hacızadənin mehkeme prosesi 06.11.2009

Next Post

“YENİ MÜSAVAT” QƏZETİNİN TƏSİSÇİLİYİ RAUF ARİFOĞLUNA HƏVALƏ EDİLDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.