“YENİ MÜSAVAT” QƏZETİNİN TƏSİSÇİLİYİ RAUF ARİFOĞLUNA HƏVALƏ EDİLDİ

Dünən (8 noyabr) “Yeni Müsavat” qəzetinin 20 illiyi ilə bağlı tədbir keçirilib. Tədbirdə siyasi partiya rəhbərlər, media nümayəndələri də iştirak edib. Tədbirdə çıxış edənlər “Yeni Müsavat” qəzetinin 20 il ərzində gördüyü işlərdən, keçdiyi çətin və şərəfli yoldan danışıblar.

Müsavat partiyasının başqanı İsa Qəmbər isə “Yeni Müsavat” qəzetinə özünəməxsus hədiyyə təqdim edib. Belə ki, İ. Qəmbər qəzetin təsisçiliyini baş redaktor Rauf Arifoğluna həvalə etdiyini bildirib.
Tədbirdə  çıxış edən ictimai-siyasi xadimlər və media qurumlarının rəhbərləri qəzet kollektivini təbrik edərək onlara uğurlar arzulayıblar.
Previous Post

MƏLAHƏT NƏSİBOVAYA “RAFTO” MÜKAFATI TƏQDİM OLUNUB

Next Post

QƏNİMƏT ZAHİDİN APELLYASİYA ŞİKAYƏTİ TƏMİN EDİLMƏDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.