“AZADLIQ” BLOKU AZƏRBAYCANDA SÖZ AZADLIĞININ VƏZİYYƏTİ İLƏ BAĞLI FORUM KEÇİRDİ

Bu gün (17 noyabr) Azərbaycan Media Mərkəzində “Azadlıq” bloku “Azərbaycanda söz azadlığının vəziyyəti” ilə bağlı Forum keçirdi.

AXCP sədri Əli Kərimli Azərbaycanda söz azadlığının ağır durumda olduğunu deyərək vurğuladı ki, bu gün ifadə azadlığına görə müxtəlif bəhanələrlə həbsdə yatan jurnalistlər və bir neçə gün öncə həbs cəzası almış bloqçular hakimiyyətin repressiyasının qurbanlarıdır. Azərbaycandakı söz azadlığının vəziyyəti ilə bağlı beynəlxalq təşkilatlara və Avropa Şurası Parlament Assableyasının (AŞ PA) Azərbaycanda siyasi məhbuslar üzrə xüsusi məruzəçisi Kristofer Ştrasserə ünvanlanmış müraciət imzalamaq üçün forum iştirakçılarına təqdim olundu.

Tədbirdə  çıxış edən iştirakçılar bildirdilər ki, hakimiyyətin azad fikirli insanlara qarşı repressiv addımlar atması jurnalistlərdə  və ictimai-siyasi cəhətdən fəal insanlarda, xüsusilə  də gənclərdə qorxu və daxili senzura yaratmaq məqsədilə həyata keçirilir. Çıxışçılar Azərbaycanda həbs olunmuş jurnalistlərlə və digər siyasi məhbuslarla bağlı beynəlxalq təşkilatların fəaliyyəti qənaətbəxş olmaması, xüsusilə də (AŞ PA) Azərbaycanda siyasi məhbuslar üzrə xüsusi məruzəçisi Kristofer Ştrasserin hələ də Azərbaycana gəlməməsi məsələsinə də toxundular. Forum iştirakçıları onu da qeyd etdilər ki, bu vəziyyətdən çıxış yolu hakimiyyətin repressiyasından qorxmamaq və  birləşərək mübarizə aparmaqdadır.

Foto: http://www.irfs.az/component/option,com_datsogallery/Itemid,30/func,viewcategory/catid,370/lang,az/
 

Previous Post

BEYNƏLXALQ TƏŞKİLATLAR BLOQÇULARIN HƏBSİNİ PİSLƏYİR

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.