Bu gün (17 noyabr) Azərbaycan Media Mərkəzində “Azadlıq” bloku “Azərbaycanda söz azadlığının vəziyyəti” ilə bağlı Forum keçirdi.
Tədbirdə çıxış edən iştirakçılar bildirdilər ki, hakimiyyətin azad fikirli insanlara qarşı repressiv addımlar atması jurnalistlərdə və ictimai-siyasi cəhətdən fəal insanlarda, xüsusilə də gənclərdə qorxu və daxili senzura yaratmaq məqsədilə həyata keçirilir. Çıxışçılar Azərbaycanda həbs olunmuş jurnalistlərlə və digər siyasi məhbuslarla bağlı beynəlxalq təşkilatların fəaliyyəti qənaətbəxş olmaması, xüsusilə də (AŞ PA) Azərbaycanda siyasi məhbuslar üzrə xüsusi məruzəçisi Kristofer Ştrasserin hələ də Azərbaycana gəlməməsi məsələsinə də toxundular. Forum iştirakçıları onu da qeyd etdilər ki, bu vəziyyətdən çıxış yolu hakimiyyətin repressiyasından qorxmamaq və birləşərək mübarizə aparmaqdadır.
Foto: http://www.irfs.az/component/option,com_datsogallery/Itemid,30/func,viewcategory/catid,370/lang,az/