Dekabrın 7-də Mətbuat Şurasının təmsilçiləri Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Vərəmli Xəstələr üçün İxtisaslaşdırılmış Müalicə Müəssisəsində “Bizim yol” qəzetinin müxbiri Müşfiq Hüseynovla baş çəkiblər.
Ə. Amaşovun APA informasiya agentliyinə bildirdiyinə görə, M.Hüseynovun saxlanma və müalicə şəraitinə xüsusi diqqət yetirilir. “Vərəm ciddi xəstəlikdir. Bu xəstəliyin müalicəsi üçün xeyli müddət tələb olunur” – deyən Şura sədri qanunvericilikdə belə xəstələrin istəklərinə müvafiq həkimlə təminatının mümkünlüyünün də əksini tapdığını vurğulayıb.
MŞ-nın M. Hüseynovun əfvi ilə bağlı dövlət başçısına müraciət ünvanlayacağını bildirən MŞ sədri bunun üçün kifayət qədər əsasların mövcudluğundan söhbət açıb: “Ciddi xəstə olduğu məlumdur. Cəzasının yarıya qədərini çəkib. Evdə iki azyaşlı övladı var.”
M. Hüseynovla görüşən MŞ təmsilçiləri içərisində Ə. Amaşovla yanaşı, Şuranın İdarə Heyətinin üzvü Qafar Çaxmaqlı və qurumun icraçı katibi Rəhim Hüseynzadə olub.
Əlavə edək ki, vərəm xəstəliyindən əziyyət çəkən M.Hüseynov səhhəti kəskin pisləşdiyi üçün 1 ay yarım əvvəl – oktyabrın 14-də cəza çəkdiyi 2 saylı cəzaçəkmə müəssisəsindən Penitensiar Xidmətin Vərəmli Məhkumlar üçün İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə köçürülüb.
Xatırladaq ki, “Bizim yol” qəzetinin əməkdaşı M.Hüseynov 2007-ci il iyulun 24-də həbs olunub. Ona qarşı CM-nin 311-ci maddəsi (rüşvət alma ) ilə ittiham irəli sürülüb və 2008-ci ilin yanvar ayında o 6 il müddətinə azadlıqdan məhrum olunub. Bakı Apellyasiya Məhkəməsi isə M.Hüseynovun cəzasını 1 il azaldıb.
Qeyd edək ki, “Bizim yol” qəzeti 2003-cü ildən çap olunur və gündəlik qəzet kimi fəaliyyət göstərir.