JURNALİSTLƏRİN MÜDAFİƏ KOMİTƏSİ NÖVBƏTİ HESABATINI AÇIQLAYIB

Nyu-yorkda yerləşən Jurnalist Müdafiəsi Komitəsi (JMK) növbəti hesabatını açıqlayıb. Hesabatın Azərbaycanla bağlı hissəsində ölkədə 4 jurnalist və 2 bloqçunun  həbsdə olduğunu qeyd ediblər.

Hesabatda dünyanın müxtəlif ölkələrində ümumilikdə 136 jurnalistin həbsdə olduğu, bu rəqəmin ötən bir ildə 11 nəfər artdığı bildirilir. Komitə Çində 24, İranda 23, Kubada 22 jurnalistin həbsdə olduğunu açıqlayıb.
Hesabatda bildirilir ki, 2009-cu ildə həbsxanalara salınan internet media təmsilçilərinin, bloqçuların, stringerlərin sayında artım müşahidə olunub.
Hesabatı ingilis dilində tam oxumaq üçün http://cpj.org/reports/2009/12/freelance-journalists-in-prison-cpj-2009-census.php linkinə müraciət edə bilərsiniz.

Previous Post

BEYNƏLXALQ İNSAN HÜQUQLARI GÜNÜ MÜNASİBƏTİLƏ TƏDBİR KEÇİRİLİB

Next Post

MƏTBUAT ŞURASI MÜŞFİQ HÜSEYNOVUN AZAD OLUNMASI ÜÇÜN PREZİDENTƏ MÜRACİƏT EDƏCƏK

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.