Poliqon İnformasiya Agentliyinin (pia.az) əməkdaşı, Azərbaycan Dövlət Neft Akademiyası (ADNA) “Neft Mexanika” fakültəsinin 4-cü kurs tələbəsi Elmin Bədəlovun təhsil aldığı ali məktəbdən qovulma təhlükəsi yaranıb.
Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna bu gün (16 dekabr) E.Bədəlovun özü məlumat verib. O bildirib ki, kurs layihəsinin yerinə yetirilməsində problem yaranıb: “AZNEFTKİMYAMAŞ ASC (Azinmaş Zavodu) rəhbərliyi işlərinin çoxluğu və arxivin işləmədiyini bəhanə edərək mənə lazım olan materialı verməkdən imtina edirlər”.
Azinmaş Zavodunun direktoru Rafiq Qurbanov isə RATİ-yə bildirib ki, ADNA-dan onlara tələbələrin kurs layihəsi ilə bağlı hər hansı bir müraciət edilməyib. R.Qurbanov həmçinin qeyd edib ki, E. Bədəlova lazım olan material zavodda yoxdur: “Mən özüm həmin tələbəyə bildirmişəm ki, mövzusunu dəyişdirsin, biz də ona lazım olan köməkliyi göstərək”.
Qeyd edək ki, tələbə-jurnalist Elmin Bədəlov bir müddət bundan öncə təhsil aldığı Akademiyada baş verən rüşvət hallarını işıqlandırdığına görə ADNA rəhbərliyi tərəfindən təzyiqə məruz qalması barədə məlumat vermişdi.