QƏNİMƏT ZAHİD HƏLƏ DƏ MÜALİCƏ MÜƏSSİSƏSİNƏ KÖÇÜRÜLMƏYİB

Ədliyyə Nazirliyinin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Faiq Qurbanov bildirib ki, Qənimət Zahidin Müalicə Müəssisəsində müalicə almasında heç bir problem yoxdur. Bu barədə APA məlumat yayıb.

Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin rəisi Rəfael Mehdiyev isə Trend News-a baş redaktorun müalicəsinin təmin olunacağını deyib:
“Q. Zahidin səhhəti ilə bağlı problem yoxdur və o dişlərinin müalicə olunmasını istəyir. Onun müalicəsi təmin olunacaq”.
Əlavə edək ki, Qənimət Zahid ürək və diş ağrılarından əziyyət çəkdiyi üçün vəkili Əlayif Həsənov onun müalicə müəssisəsinə köçürülməsi üçün müraciət etsə də, baş redaktor hələ də müəssisəyə köçürülməyib. Müalicə Müəssisəsinə köçürülməsinə yardımçı olması üçün Q.Zahid bir neçə gün öncə Ombudsman E.Süleymanovaya da müraciət edib.
Xatırladaq ki, beynəlxalq təşkilatlar tərəfindən Vicdan Məhbusu kimi tanınan Qənimət Zahid (Zahidov) 2007-ci ilin noyabr ayında həbs olunub. CM- nin 127.2.3 (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az zərər vurma) maddəsi ilə ittiham olunaraq 3 il 6 ay, CM-nin 221-ci maddəsi ilə ittiham edilməklə isə 6 ay olmaqla ümumilikdə, 4 il müddətində azadlıqdan məhrum edilib.
Qeyd edək ki, “Azadlıq” qəzeti 1989-cu ildən çıxır və gündəlik qəzet kimi fəaliyyət göstərir.

Previous Post

TƏLƏBƏ-JURNALİST ALİ MƏKTƏBDƏN QOVULA BİLƏR

Next Post

MÜŞFİQ HÜSEYNOVUN SƏHHƏTİ AĞIR OLARAQ QALIR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.