TƏLƏBƏ-JURNALİST ALİ MƏKTƏBDƏN QOVULA BİLƏR

Poliqon İnformasiya Agentliyinin (pia.az)  əməkdaşı, Azərbaycan Dövlət Neft Akademiyası (ADNA) “Neft Mexanika” fakültəsinin 4-cü kurs tələbəsi Elmin Bədəlovun təhsil aldığı ali məktəbdən qovulma təhlükəsi yaranıb.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna bu gün (16 dekabr) E.Bədəlovun özü məlumat verib. O bildirib ki, kurs layihəsinin yerinə yetirilməsində problem yaranıb: “AZNEFTKİMYAMAŞ ASC (Azinmaş Zavodu) rəhbərliyi işlərinin çoxluğu və arxivin işləmədiyini bəhanə edərək mənə lazım olan materialı verməkdən imtina edirlər”.
Azinmaş Zavodunun direktoru Rafiq Qurbanov isə RATİ-yə bildirib ki, ADNA-dan onlara tələbələrin kurs layihəsi ilə bağlı hər hansı bir müraciət edilməyib. R.Qurbanov həmçinin qeyd edib ki, E. Bədəlova lazım olan material zavodda yoxdur: “Mən özüm həmin tələbəyə bildirmişəm ki, mövzusunu dəyişdirsin, biz də ona lazım olan köməkliyi göstərək”.
 Qeyd edək ki, tələbə-jurnalist Elmin Bədəlov bir müddət bundan öncə təhsil aldığı Akademiyada baş verən rüşvət hallarını işıqlandırdığına görə ADNA rəhbərliyi tərəfindən təzyiqə məruz qalması barədə məlumat vermişdi.

Previous Post

ELAN!

Next Post

QƏNİMƏT ZAHİD HƏLƏ DƏ MÜALİCƏ MÜƏSSİSƏSİNƏ KÖÇÜRÜLMƏYİB

Leave a Reply

Your email address will not be published.

Start typing to see posts you are looking for.