Bu gün (17 fevral) Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Dəmirovun sədrliyi ilə “Azad İqtisadiyyata Yardım Mərkəzi”nin rəhbəri Zöhrab İsmayılın (İsmayılov) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) qarşı verdiyi iddiaya əsasən Yasamal Rayon Məhkəməsinin çıxardığı qərardan verdiyi şikayət üzrə məhkəmə prosesi keçirilib.
Prosesdə Z.İsmayılın nümayəndəsi Fariz Namazlı və ƏƏSMN-in nümayəndəsi Qəmbər İbrahimov iştirak edirdilər.
Cavabdeh tərəfin nümayəndəsi Q.İbrahimov iddiaçı tərəfə barışıq sazışi və Z.İsmayılın nazirliyə göndərdiyi informasiya sorğusunda soruşulan suallara cavablarını təqdim etdi.
F. Namazlı isə hüquqlarını müdafiə etdiyi şəxsin bu sazişlə tanış olmalı olduğunu bildirdi və bu səbəbdən hakimdən prosesi təxirə salmağı xahiş etdi.
Hakim prosesi 10 mart saat 11:00-a təyin etdi.
Xatırladaq ki Z. İsmayıl informasiya sorğusunu cavablandırmaqdan imtinanın qanunsuz hesab olunması və 8 yanvar 2009 tarixli informasiya sorğusuna cavab verilməsini ƏƏSMN üzərinə vəzifə kimi qoyulmasına dair qətnamə qəbul edilməsi ilə bağlı iddia qaldırıb.