EMİN MİLLİ VƏ ADNAN HACIZADƏNİN AZAD OLUNMASI ÜÇÜN PREZİDENTƏ MÜRACİƏT EDİLİB

İşgəncələr Əleyhinə Azərbaycan  Komitəsinin sədri Elçin Behbudov gənc bloqçular Emin Milli (Abdullayev) və Adnan Hacızadənin həbsdən azad olunması üçün növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edib.

“Azadlıq” radiosunun məlumatına görə, hüquq müdafiəçisi ötən il də bu barədə ölkə başçısına müraciət ünvanladığını, lakin nəticə əldə edilmədiyindən yenidən bu barədə prezidentə müraciət etdiyini bildirib.
 Xatırladaq ki, Emin Milli və Adnan Hacızadə 08 iyul tarixində  axşam saatlarında  dostları ilə Bakıda “Lebonese” (Livan) restoranında yemək yeyərkən qonşu masada onların söhbətini dinləyən idmançı görkəmli iki nəfər təxribatçı hücum edərək, Emin Milli və Adnan Hacızadəni döyərək, onlara xəsarət yetirib. Zərərçəkmiş şəxs qismində şikayət etmələrinə və xəsarət almalarına baxmayaraq, Səbail RPİ onlara xəsarət yetirənləri sərbəst buraxmış və döyülən gənclərin 48 saat müddətinə şübhəli şəxs qismində saxlanmasına qərar vermiş, iyulun 10-da isə Səbail rayon məhkəməsi “xuliqanlıq” maddəsi ilə təqsirləndirilən gənclər barəsində 2 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarıb.  İyulun 20-də  Apellyasiya məhkəməsi sözügedən qərarı qüvvədə saxlayıb. İstintaq gənclərə qarşı Cinayət Məcəlləsinin 221.1.2 (xuliqanlıq) və 127 (Qəsdən sağlamlığa az ağır zərər vurma) maddələri ilə ittiham irəli sürmüş və Səbail rayon məhkəməsi noyabrın 11-də Emin Millinin 2 il 6 ay, Adnan Hacızadənin isə 2 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

Previous Post

NAZİRLİK QHT RƏHBƏRİNƏ BARIŞIQ TƏKLİF EDİB

Next Post

“YENİ MÜSAVAT” QƏZETİNƏ ETİRAZ AKSİYASI KEÇİRMƏYƏ İCAZƏ VERİLMƏYİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.