Milli Məclisin sədr müavini Bahar Muradova “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətlinə münasibət bildirib. O qeyd edib ki, bu qətlin açılması ilə bağlı hüquq-mühafizə orqanları üzərlərinə düşən vəzifəni yerinə yetirməkdədir. “İstərdim ki, aparılan istintaq işi səmərəli nəticəsini versin və cinayəti törədənlər həbs edilsin” – deyə B.Muradova “Turan”ın sualının cavabında bildirib.