“ELMAR HÜSEYNOV ONGÜNLÜYÜ“ ÇƏRÇİVƏSİNDƏ DEBAT KEÇİRİLDİ

Bu gün (03 mart) Azərbaycan Media Mərkəzində (AMM) “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətlinin 5-ci ildönümü ilə bağlı keçirilən “Elmar Hüseynov ongünlüyü” çərçivəsində debat keçirildi. Tədbir mərhum jurnalistlərin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başladı.

Debatın aparıcısı, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin müəllimi Seymur Kazımov bildirdi ki, debat AMM, “Yeni Nəsil” Jurnalistlər Birliyi və ABŞ-ın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə keçirilən debatda “Mərhum jurnalistlərlə bağlı jurnalistika fakültələrində ayrıca fənn tədris olunmalıdırmı?” mövzusu müzakirə olunacaq. O bildirdi ki, bir çox ali məktəblərin jurnalistika fakültələrində aparılan sorğular zamanı tələbələrin mərhum jurnalistlərlə bağlı yetərli məlumata malik olmadıqları məlum olub.
Debatda Bakı Dövlət Universitetinin (BDU) 2-ci kurs tələbəsi Hacıbəy Heydərli və Odlar Yurdu Universitetinin (OYU) 1-ci kurs tələbəsi Fərid Şahbazlı iştirak edirdilər.
OYU-nun tələbəsi F.Şahbazlı bildirdi ki, belə bir fənnin tədris olunmasına hələlik ehtiyac görmür. O qeyd etdi ki, bəzi jurnalistlərin ölüm səbəbi tam məlum olmadığına görə, bu fənnin tədris olunması düzgün olmazdı. O, bu sırada Elmar Hüseynovun adını çəkərək qeyd etdi ki, hələlik onun qətlinin üstü açılmadığından tədrisdə yanlışlığa yol verilə bilər.
BDU-nun təlbəsi H.Heydərli isə əksinə, belə bir fənnin tədris olunmasının vacibliyini vurğuladı. “Əgər biz gözləsək ki, hansısa cinayətin üstü açılandan sonra nəyisə öyrənməliyik, bu gec olacaq” – deyən H.Heydərli bildirdi.
Daha sonra həm jurnalistlər, həm də tədbirdə iştirak edən jurnalistika fakültəsinin tələbələri debat iştirakçılarına suallarını verdilər.
Tədbirin sonunda ekspert qismində iştirak edən “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev, BDU-nun jurnalistika fakültəsinin müəllimi Qulu Məhərrəmli, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli, hərbi jurnalist Üzeyir Cəfərli və jurnalist İdrak Abbasov çıxış edərək, mövzu ilə bağlı fikirlərini bildirdilər.
Foto:

http://www.irfs.az/component/option,com_datsogallery/Itemid,30/func,viewcategory/catid,443/lang,az/

Previous Post

MİLLİ MƏCLİSİN SƏDR MÜAVİNİ JURNALİSTİN QATİLLƏRİNİN HƏBS OLUNMASINI İSTƏDİYİNİ BİLDİRİB

Next Post

TOMAS HAMMERBERQ AZƏRBAYCANDA GÖRÜŞLƏR KEÇİRİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.