“ERMƏNİ SOYQIRIMI”NIN TANINMASI ƏLEYHİNƏ AKSİYA KEÇİRİLİB

Bu gün (8 mart) Bütöv Azərbaycan Gənclər Təşkilatı ABŞ-ın Bakıdakı səfirliyi qarşısında ABŞ-ın Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində “erməni soyqırımı”nı tanımaq barədə qanun layihəsinin təsdiqlənməsinə qarşı etiraz aksiyası keçiriblər.

Aksiya iştirakçıları təxminən 5 dəqiqə ərzində “Erməni soyqırımına yox”, “Xocalıya ədalət”, “Azərbaycan-Türkiyə”, “Ya Qarabağ, ya ölüm” və digər şüarlar səsləndiriblər.

Xatırladaq ki, martın 5-də ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində 1915-ci ildə Osmanlı imperiyasında baş vermiş erməni qırğınlarını "soyqırım" kimi tanımaq barədə qanun layihəsi 23 səsin 22-yə nisbəti ilə təsdiqlənib.

Previous Post

ƏLÖVSƏT OSMANLIYA QARŞI İDDİA İCRAATA QƏBUL EDİLİB

Next Post

ELMİRA SÜLEYMANOVA YENİDƏN OMBUDSMAN SEÇİLDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.