ELMİRA SÜLEYMANOVA YENİDƏN OMBUDSMAN SEÇİLDİ

Milli Məclis Elmira Süleymanovanı yenidən İnsan Haqları üzrə Müvəkkil (Ombudsman) seçib. Millət vəkilləri parlamentin mart ayının 5-dəki iclasında keçirilən səsvermədə 106 nəfər lehinə 7 nəfər əleyhinə olmaqla E. Sülüymanovanı daha 7 il müddətinə insan hüquqları üzrə müvəkkil vəzifəsində çalışacağını təsdiqləyiblər.

Qeyd edək ki, prezident İlham Əliyev E. Süleymanovadan başqa bu vəzifəyə da iki nəfərin – Ədliyyə Nazirliyinin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Faiq Qurbanov və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Azərbaycandakı təmsilçisi Teymur Məlikaslanovun da namizədliyi irəli sürülmüşdü.
Previous Post

“ERMƏNİ SOYQIRIMI”NIN TANINMASI ƏLEYHİNƏ AKSİYA KEÇİRİLİB

Next Post

ELMAR HÜSEYNOVUN QATİLLƏRİNİN TAPILMASI MƏSƏLƏSİ PARLAMENTDƏ QALDIRILIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.