BİR QRUP JURNALİSTİN MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Bu gün (19 mart) Səbail rayon Məhkəməsində hakim Kəmalə Əmirxanovanın sədrliyi ilə bir qrup jurnalistin (Elçin Həsənov, Əfqan Muxtarlı, Natiq Ədilov) Səbail Rayon Polis İdarəsinin 39-cu polis bölməsinə qarşı iddiası üzrə məhkəmə prosesi keçirilib.

Məhkəmə  prosesində iddiaçılardan E. Həsənov və onun nümayəndəsi Nurlana Əliyeva iştirak edirdilər. Qarşı tərəfin nümayəndəsi prosesdə iştirak etmirdi.
 
İddiaçı E. Həsənov çıxış edərək hakimdən iddianın təmin edilməsini xahiş edərək, iddiaları üzrə foto və video yazıları hakimə təqdim etdi. Hakim E. Həsənovun təqdim etdiyi sübutlarla tanış olmaq üçün vaxtın tələb olunduğunu bildirərək növbəti prosesi 2 aprel saat 15:30 təyin etdi.
 
Xatırladaq ki, adıçəkilən jurnalistlər 10 may 2009-cu ildə Səbail RPİ-nin 39-cu polis bölməsinin qarşısında fiziki təzyiqə məruz qalıb. Onlar Azərbaycan Dövlət Neft Akademiyasındakı silahlı basqında həlak olanlarla bağlı mətəm elan olunmamağına və “Gül bayramı”na etiraz edən bir qrup gəncin saxlanılması ilə bağlı məlumat əldə etmək üçün  39-cu polis bölməsinin qarşısında olarkən polislər tərəfindən döyülüblər.  Jurnalistlər  polisin hərəkətinin qanunsuz  hesab edilməsi xahişi ilə məhkəməyə müraciət ediblər.
Previous Post

QƏZETİN MƏTBUAT ŞURASINA QARŞI İDDİASI ÜZRƏ PROSES DAVAM ETDİRİLİB

Next Post

TANINMIŞ TELEJURNALİSTİN “SPACE” TELEKANALINA QARŞI İDDİASI ÜZRƏ ÇIXARILMIŞ QƏRARDAN ŞİKAYƏT VERİLİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.