“AZADLIQ” QƏZETİNDƏN ÜZR İSTƏMƏK VƏ TƏKZİB VERMƏK TƏLƏB OLUNUR

Dünən (22 aprel) “Azadlıq” qəzetinin redaksiyasına Azərbaycan Respublikası Prezident Administrasiyasından məktub daxil olub.

Bu barədə məlumatı Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) qəzetin baş direktoru Azər Əhmədov verib. Prezidentin Protokol Xidmətinin Azərbaycan Respublikası birinci xanımının işlərinin təminatı sektorunun müdiri Altay Həsənovun imzaladığı məktubda qəzetin  20 aprel 2010-cu il tarixli sayında dərc edilmiş “Türkiyə ATV kanalından şok xəbər. Mehriban Əliyeva 100 min  dollara portsiqar alıb” başlıqlı məlumatın həqiqətə uyğun olmayan böhtan xarakterli olduğu bildirilib. Həmin məlumatın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada təkzib olunmasını və adı çəkilən şəxsdən üzr istənilməsi tələb edilib.
A.Əhmədov əlavə etdi ki, sözügedən məlumat Türkiyənin ATV telekanalına istinadən hazırlandığı üçün “Azadlıq” qəzeti heç bir məsuliyyət daşımır. “Məlumatda heç bir böhtan yoxdur. Əgər bu məlumat səhvdirsə, bunun üçün həmin reportajı hazırlayan telekanaldan təkzib istəməlidirlər. Biz “Azadlıq” qəzeti olaraq heç kimdən üzr istəmək fikrimiz yoxdur”  – deyə A.Əhmədov bildirdi.

Previous Post

EYNULLA FƏTULLAYEV AZADLIĞA BURAXILMALIDIR

Next Post

BEYNƏLXALQ TƏŞKİLATLAR EYNULLA FƏTULLAYEVLƏ BAĞLI BƏYANAT VERİBLƏR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.