“APA-Economics”in yaydığı məlumata görə, Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasov öz müsahibəsində bildirib ki, “telekanalların yayımına kənar müdaxilələrin qarşısını almaq məqsədi ilə kanalların bölüşdürülməsi ilə bağlı Azərbaycanla İranın birgə yaratdığı işçi qrupu səviyyəsində müzakirələr davam etdirilir.
Bu məsələyə dair İranla hələ də sənəd imzalanmayıb. Lakin hesab edirəm ki, yaxın vaxtlarda belə bir sənədin imzalanmasına nail olacağıq”.