“AZERCELL” POLİSİN GÖNDƏRDİYİ SORĞUDAKI SUALLARI CAVABLANDIRMAYIB

“Gündəlik Azərbaycan” qəzetinin redaktoru Üzeyir Cəfərov RATİ-yə bildirib ki, ona gələn anonim zənglərlə bağlı bu gün yenidən polis bölməsində olub.

Cəfərov polis bölməsində müstəntiq Müslüm Hüseynovla görüşüb. Müstəntiq jurnalistə bildirib ki, “bizim göndərdiyimiz sorğuya “Azercell”-dən rəsmi cavab məktubu gəlib. Məktubda qeyd olunur ki, bu sorğu ilə soruşulan suallar Cinayət- Prosesual Məcəllənin müddəalarına zidd olduğundan sorğu cavablandırıla bilməz”.
Bundan sonra Cəfərov “Azercell Telekom” BM-nin mətbuat katibi Rüfət Abbasovla əlaqə saxlamağa çalışsa da, jurnalisti onunla calaşdırmayıblar və bildiriblər ki, onlar özləri jurnalistə zəng vuracaqlar.

Previous Post

• TELEKANALLARA KƏNAR MÜDAXİLƏLƏRİN QARŞISINI ALMAQ ÜÇÜN SƏNƏD İMZALANACAQ

Next Post

MİLLƏT VƏKİLLƏRİ PARLAMENTDƏ ZAHİDOVUN AZADLIĞA BURAXILMASI İLƏ BAĞLI MƏSƏLƏ QALDIRIBLAR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.