AMNESTY İNTERNATİONAL JURNALİSTLƏRƏ VƏ AKSİYA İŞTİRAKÇILARINA QARŞI ZORAKI HÜCUMLARI PİSLƏYİB

Dünən (28 aprel) Amnesty İnternational təşkilatı Azərbaycanda sərbəst topıaşmaq və ifadə azadlığının pozulması ilə bağlı bəyanat yayıb.

Bəyanatda müxalifət tərəfdarlarının  toplaşma azadlığı və ifadə azadlığı tələbi ilə bazar ertəsi keçirilən aksiya zamanı onlarla piket iştirakçılarının saxlanmasını pislənilib və Azərbaycan hökumətini toplaşma azadlığına hörmət etməyə səslənilib.
“Dinc nümayişçilərə qarşı törədilən bu hadisə Azərbaycan hökumətinin fərqli düşüncəli insanları susdurmaq cəhdlərindən bir nümunədir. Həbs olunanların toplaşma və ifadə azadlığı pozulub. Əslində nümayişçilər məhz bu hüquqların təminatı üçün etiraz edirdilər” – deyə Amnesty İnternational təşkilatının Avropa və Mərkəzi Asiya Proqramı üzrə Direktoru Halya Qovan bildirib.
Aksiyada 7 jurnalistin saxlanılması, həmçinin iki jurnalistin Mehman Hüseynov və Əfqan Muxtarlının kameraları sındırılması da pislənilib. “Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) əməkdaşı Mehman Hüseynov nümayiş dağıdılarkən ayağından zədə alıb” – deyə qeyd olunan bəyanatda bu kimi hallar pislənilib.
Amnesty İnternational Azərbaycan hökumətini beynəlxalq öhdəliklərinə
uyğun olaraq toplaşma və ifadə azadlığını dəstəkləməyə çağırıb.
Xatırladaq ki, “Azadlıq” blokunun 26 aprel tarixində sərbəst toplaşmaq azadlığının pozulmasına etiraz olaraq Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında keçirilməsinə cəhd göstərdiyi aksiyada iştirakçılarla yanaşı jurnalistlər də təzyiqə məruz qalıblar.
 
Previous Post

AZƏRBAYCAN “MƏTBUAT AZADLIĞI İNDEKSİNƏ” GÖRƏ 194 ÖLKƏ ARASINDA 79-CU YERDƏ DURUR

Next Post

TƏDBİRİN VAXTINA DÜZƏLİŞ!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.