AZƏRBAYCAN “MƏTBUAT AZADLIĞI İNDEKSİNƏ” GÖRƏ 194 ÖLKƏ ARASINDA 79-CU YERDƏ DURUR

“Freedom House” təşkilatının “Mətbuat azadlığı-2010” hesabatına görə Azərbaycan 194 ölkə arasında 79-cudur. Bu barədə “Azadlıq” radiosu məlumat yayıb.

Azərbaycan “mətbuat azadlığı indeksinə” görə yenə də qonşularından geri qalır. Baxmayaraq ki, qonşuları daha irəlidə – Gürcüstan 59, Ermənistan 66-cı yerlərdədirlər.
”Freedom House” qeyd edir ki, ötən il dünyanın əksər regionlarında mətbuat azadlığı sahəsində geriləmə olub. Bu geriləmə 8 ildir ardıcıl olaraq davam edir. Mətbuat müstəqilliyi haqqında qlobal araşdırmaya görə hər altı nəfərdən biri mətbuat azadlığı olan ölkədə yaşayır.
Hesabata görə, keçmiş Sovet İttifaqı ölkələrində mətbuat boğulur, Rusiya mətbuat üçün təhlükəli ölkələrdən biri olaraq qalmaqdadır. Qırğızıstanda da göstəricilər düşməkdə davam edib.
”Freedom House”un hesabatına görə Azərbaycan mətbuat azadlığı indeksinə görə Tacikistanla Rusiya arasında dayanıb.

Previous Post

GƏNC BLOQÇULARIN VƏKİLLƏRİ KASSASİYA ŞİKAYƏTİ VERİBLƏR

Next Post

AMNESTY İNTERNATİONAL JURNALİSTLƏRƏ VƏ AKSİYA İŞTİRAKÇILARINA QARŞI ZORAKI HÜCUMLARI PİSLƏYİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.