AŞPA MEDİA AZADLIĞININ YAXŞILAŞDIRILMASI İLƏ BAĞLI AZƏRBAYCAN HÖKUMƏTİNƏ ÇAĞIRIŞLAR EDİR

Avropa Şurası Parlament Assambleyasının iyunun 21-dən 24-ə kimi keçiriləcək yay sessiyası zamanı Azərbaycan üzrə həmməruzəçilər Andreas Herkel və Debono Qrexin hazırladıqları məruzənin ilkin variantı məlum olub.

Sənəddə media azadlığı və jurnalistlərin vəziyyəti ilə bağlı müddəalar da əks olunub.  
Qeyd edilir ki, Assambleya Azərbaycanda həbsdə olmuş bir neçə jurnalistin azadlığa buraxılmasını alqışlayır, bununla belə, bəzi jurnalistlərin həbsdə saxlanılmasından narahatdır. Məruzədə Eynulla Fətullayevin həbsdə olması, Avropa İnsan Haqları Məhkəməsinin onun dərhal azadlığa buraxılması ilə bağlı qərarının olmasına baxmayaraq, hələ də azad edilməməsi, gənc bloggerlər Emin Millinin və Adnan Hacızadənin həbsə atılması narahatçılıq doğuran məqamlar kimi qeyd edilib. Eyni zamanda “Tolışi-Sədo” qəzetinin baş redaktoru Novruzəli Məmmədovun həbsxanada ölməsindən təəssüf bildirilir.
Jurnalistlərin cinayət məsuliyyətinə cəlb edilməsinin mümkünlüyü də neqativ hal kimi qiymətləndirilib. Vəziyyətin yaxşılaşması üçün Assambelya Azərbaycan hakimiyyətini Fətullayevi dərhal azad etməyə, diffamasiya işlərinə görə jurnalistləri cinayət məsuliyyətindən azad etməyə və jurnalistlərin fəaliyyəti üçün tam şərait yaratmağa çağırır.     

Previous Post

İCTİMAİ BİRLİK SƏDRİ MƏTBUAT KONFRANSI KEÇİRİB

Next Post

JURNALİST NATİQ ƏDİLOV FİZİKİ TƏZYİQƏ MƏRUZ QALMASI İLƏ BAĞLI POLİSƏ ŞİKAYƏT EDİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.