“Azadlıq” qəzetinin əməkdaşı Aqil Xəlilin döyülməsi ilə bağlı təhqiqat materialları Binəqədi Rayon Prokurorluğuna verilib.
Bu barədə RATİ-yə məlumat verən Binəqədi Rayon 7-ci polis bölməsinin təhqiqatçısı Elnur Əliyev bildirib ki, “biz işi artıq prokurorluğa təqdim etmişik. İşin hansı maddə ilə açılması hələ dəqiq bilinmir. Adətən şəxs peşə borcunu yerinə yetirərkən ona qarşı olan bu cür təzyiqlər nəticəsində açılan cinayət işləri 221-ci (xuliqanlıq) maddə ilə açılır. Cinayət işinin hansı maddə ilə açılması daha dəqiq ekspert rəyi tam müəəyyənləşdikdən sonra bilinəcək”.
Məsələ ilə əlaqədar RATİ Binəqədi Rayon Prokurorluğu ilə əlaqə saxlayıb. Əməkdaşımıza bildiriblər ki, “iş artıq prokurorluğa daxil olub və bu gün axşam qeydiyyata alınacaq”.
Axşam saatlarında Aqil Xəlil Ombudsman Elmira Süleymanova ilə görüşüb. RATİ-nin əməkdaşı ilə söhbətində jurnalist qeyd edib ki, Süleymanova hadisənin təfərrüatları, işin prokurorluğa göndərilib-göndərilməməsi və onun səhhəti ilə maraqlanıb: “Ombudsman səhhətimdə problemlərin olacağı təqdirdə köməklik göstərəcəklərinə hazır olduğunu vurğulayıb