Bu gün hüquq müdafiəçilərinin və hakimiyyət nümayəndələrinini təmsil olunduğu İnsan hüquqları üzrə İşçi Qrupun növbəti iclası keçirilib.
İclasda hüquq müdafiəçiləri həbsdə olan jurnalistlərin azad olunması ilə bağlı təkliflə çıxış ediblər. Bu barədə RATİ-yə məlumat verən hüquq müdafiəçisi Səidə Qocamanlı bildirib ki, “iclasda həmin şəxslərin azadlığa buraxılmasının labüdlüyü bir daha vurğulanıb. Və hal-hazırda Əfv Komissiyası bu məsələyə baxır”.