QƏZETİN TƏSİSÇİSİ ANS-İN İDDİASINI ƏSASSIZ SAYIR

Bu gün Nəsimi Rayon Məhkəməsinin hakimi Məmməd Məmmədovun sədrliyi ilə “ANS press” Nəşriyyat Evinin “Azadlıq fədailəri” qəzetinə qarşı qaldırdığı iddia əsasında məhkəmə prosesi keçirilib.

Məhkəmə prosesində iddiaçılar – telekanalın hüquqşünası Hacıyev Tofiq və baş hüquq məsləhətçisi Tağıyev Araz və cavabdeh – “Azadlıq fədailəri”  qəzetinin təsisçisi Təhmasib Novruzov iştirak edirdi. Proses iddiaçı tərəfin öz iddiasını müdafiə etməsi ilə başladı. Qəzetin təsisçisi isə çıxışında bildirdi ki, “təsisçi kimi qəzetdə ANS barədə çıxan məqalədən xəbərim olub. Və onda mənə anspress.com saytında gedən şəkil göstərilib. Bu cür sübut olduğuna görə məqalənin qəzetdə getməsinə etiraz etməmişəm. Bir də ki, mənim ANS-ə qarşı nə qərəzim ola bilər. Mən bu telekanala hörmət edirəm. Lakin mən iddianı əsassız sayıram. İddiada bir məsələ ilə razılaşıram ki, ANS barədə məqalədə gedən  tənqidlər sərtdir. Tənqid etmək olar, lakin heç kimin şərəf və ləyaqətinə toxunmadan”.
 Daha sonra qəzetin təsisçisi anspress.com saytında gedən və məqalənin yazılmasına səbəb olan şəkli və şəklin əks olunduğu diski hakimə təqdim etdi və bu barədə yazılı surətdə vəsatət qaldıracağını vurğuladı. Bundan sonra hakim növbəti prosesi sabah (07 mart) saat 11:00-a təyin etdi.
 Xatırladaq ki, "ANS press" Nəşriyyat Evi   "Azadlıq fədailəri" qəzetini və qəzetin Allahverdi Nəbi adlı əməkdaşını qəzetin 28.11-01.12-2007-ci il tarixli sayında dərc edilmiş yazıya görə məhkəməyə verib. İddiaçı qəzetdə "ANS-in pornoqrafiyası" başlıqlı və "ANS hər zaman, hər yerdədir-tərbiyəsizliyi ilə" sərlövhəli məqaləsində yazılan yazıların həqiqətə uyğun olmadığını, yalan, alçaldıcı və təhqiredici məlumatlar olduğunu hesab edir. "ANS press" Nəşriyyat Evi məhkəmədən qəzetin  təkzib verməsi, qəzetdən 50000 (əlli min) manatın tutulması, qəzetin əməkdaşı Allahverdi Nəbidən 10000 (on min) manatın tutulması haqqında qətnamə çıxarmasını xahiş edib.   

Previous Post

İŞÇİ QRUP JURNALİSTLƏRİN AZADLIĞA BURAXILMASI MƏSƏLƏSİNİ MÜZAKİRƏ EDİB

Next Post

ZAHİDOVA HÖKMÜN OXUNMASI QEYRİ MÜƏYYƏN VAXTA QALDI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.