NAXÇIVANDA İNTERNET KLUBLAR YERLİ İCRA ORQANLARI TƏRƏFİNDƏN BAĞLANILIR

Son günlər Naxçıvanda internet klubların fəaliyyətinin məhdudlaşdırılması və bağlanması haqqında məlumatlar yayılmaqdadır.

“Azadlıq” radiosunun Naxçıvan bölgə müxbiri Məlahət Nəsibova RATİ-yə bildirib ki, Naxçıvanda həqiqətən də internet klublar tamamilə bağlıdır. Onun sözlərinə görə, internet klubların bağlanması səbəblərindən biri kimi kompüter mərkəzlərində gənclərin “lazımsız” səhifələrdən istifadə etməsidir: “lakin sahibkarlar bu fikirlə razılaşmır. Kompüterə yüklənmiş xüsusi proqram vasitəsi ilə lazımsız saytlardan istifadənin mümkünsüz olduğunu deyirlər”.
 M. Nəsibova onu da əlavə etdi ki, Naxçıvanda internet klubların bağlanması yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Bu məsələyə öz etirazını bildirən sahibkarlar monitorinqin keçirilməsini tələb edirlər.
 RATİ məsələni dəqiqləşdirmək məqsədilə “Yeni Müsavat” qəzetinin bölgə müxbiri Həkimeldostu Mehdiyevlə əlaqə saxlayıb. Mehdiyev Naxçıvanda, eləcə də yaşadığı Şərur rayonunda bütün internet klubların bağlandığını təsdiqləyib: “bunun səbəbini dəqiq deyə bilmərəm. Lakin tapşırıq Vasif Talıbov tərəfindən verilib”.

Previous Post

ATƏT HAKİMLƏR ÜÇÜN DİFFAMASİYA İLƏ BAĞLI SEMİNAR TƏŞKİL EDİB

Next Post

İŞÇİ QRUP JURNALİSTLƏRİN AZADLIĞA BURAXILMASI MƏSƏLƏSİNİ MÜZAKİRƏ EDİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.