JURNALİSTLƏRƏ NÖVBƏTİ DƏFƏ YARDIM EDİLİB

Bu gün “Söz azadlığı və jurnalistlərin müdafiəsinə yardım fondu“ İdarə Heyətinin növbədənkənar iclası keçirilib.

Fondun fəaliyyəti Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir. İclasda 13 mart tarixində “Azadlıq” qəzetinin müxbiri Aqil Xəlilə naməlum şəxslərin sui-qəsd işi müzakirə olunub və bəyanat qəbul olunub. Daha sonra mart ayı ərzində fonda daxil olan 6 müraciətə baxılıb. Fonda daxil olan müraciətlərə bütövlükdə 1100 ABŞ dolları həcmində yardım ayrılması barədə qərar qəbul olunub.
Peşə borcunu yerinə yetirərkən xəsarət alan “Azadlıq” qəzetinin müxbiri Aqil Xəlilə 400 ABŞ dolları:
“Bizim yol” qəzetinin əməkdaşı Natiq Ədilova məhkəmədə müdafiəsi üçün vəkillə təmin edilməsi üçün 300 ABŞ dolları, “Yüksəliş naminə” qəzetinin əməkdaşı Elçin Həsənova 100 ABŞ dolları:
 Təzyiqlər nəticəsində işini itirən və fəaliyyətini dayandıran jurnalistlər “Ayna” qəzetinin əməkdaşları Xəqani İbadov, İlşam Rəfiyev və Elçin Kərimovun hər birinə 100 ABŞ dolları məbləğində yardım edilib.

Previous Post

HƏBSDƏ OLAN JURNALİSTLƏR MÜTLƏQ ƏFV OLUNMALIDIR

Next Post

MƏHKƏMƏ PROSESİ TƏXİRƏ SALINIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.