HƏBSDƏ OLAN JURNALİSTLƏR MÜTLƏQ ƏFV OLUNMALIDIR

Hüquq müdafiəçisi Səidə Qocamanlı “Turan” İnformasiya Agentliyinə açıqlamasında bildirib ki, martın 13-dən 23-ə kimi AŞ rəsmi Bakıya əfv fərmanı verərək, həbsdə olan jurnalistləri və xəstə məhbusları azadlığa buraxması şansını tanıyacaq.

Əks halda yaz sessiyasında məruzəçi təyin olunacaq və yaydan etibarən siyasi məhbus məsələsi üzrə yeni məruzəçi fəaliyyətə başlayacaq. Qocamanlının sözlərinə görə, əgər hakimiyyət seçki ilində vəziyyəti gərginləşdirmək, beynəlxalq qurumların hesabatında ölkənin adını neqativ səhifələrdə görmək istəmirsə, birinci növbədə həbsdə olan jurnalistləri və xəstə məhbusları azad etməlidir.  
“Gündəlik Bakı” qəzetinin bu günkü sayında məlumat verilir ki, Qadın Hüquqları Müdafiə Mərkəzinin rəhbəri Novella Cəfəroğlu söz və mətbuat azadlığına qarşı təzyiqlərin olmasından narahatdır. Onun sözlərinə görə,  əgər hakimiyyət siyasi məruzəçinin təyin olunmasını istəmirsə, Novruz bayramı ərəfəsində bizim siyahıdan 10, 15 nəfəri azadlığa buraxmalıdır. Onların sırasında 3 jurnalistin azadlığa buraxılmasında israrlıyıq. Və bu mütləq edilməlidir.
 Qəzetdə o da vurğulanır ki, dünən keçirilmiş sonuncu iclasda əfvlə bağlı daxil olan müraciətlərə baxılması başa çatdırılıb. Və yekun siyahı hazırlanaraq Prezident aparatına göndərilib.

Previous Post

ƏLİ HƏSƏNOV ETİRAZ EDİB

Next Post

JURNALİSTLƏRƏ NÖVBƏTİ DƏFƏ YARDIM EDİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.