Prosesin təxirə salınmasına səbəb cavabdeh tərəfin məhkəmədə iştirak etməməyi olub. Növbəti məhkəmə iclası martın 29-a təyin edilib.
Xatırladaq ki, "Ans press" Nəşriyyat Evi "Azadlıq fədailəri" qəzetini və qəzetin Allahverdi Nəbi adlı əməkdaşını qəzetin 28.11 – 01. 12- 2007-ci il tarixli sayında dərc edilmiş yazıya görə məhkəməyə verib. İddiaçı qəzetdə "ANS-in pornoqrafiyası" başlıqlı və "ANS hər zaman, hər yerdədir-tərbiyəsizliyi ilə" sərlövhəli məqaləsində yazılan yazıların həqiqətə uyğun olmadığını, yalan, alçaldıcı və təhqiredici məlumatlar olduğunu hesab edir. "Ans press" Nəşriyyat Evi məhkəmədən qəzetin təkzib verməsi, qəzetdən 50000 (əlli min) manatın tutulması, qəzetin əməkdaşı Allahverdi Nəbidən 10000 (on min) manatın tutulması haqqında qətnamə çıxarmasını xahiş edib.