Bu gün (6 oktyabr) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mətbuat mərkəzində “Nota” qəzetinin baş redaktoru Sərdar Əlibəyli deputatlığa namizədlikdən imtina etməsi ilə bağlı mətbuat konfransı keçirdi.
O hökumət nümayəndələrinin müdaxiləsi nəticəsində namizəd kimi qeydiyyata alınması üçün zəruri lazım olan imzaları yığa bilmədiyi üçün bu addımı atdığını bəyan etdi.
RATİ-nin mətbuat mərkəzində bu gün digər mətbuat konfransı isə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin sabiq giziri Həsənov Kazım Əziz oğlunun vəkili Azər Nağıyev və onun qohumlarının iştirakı ilə keçirildi. Tədbirdə gizirin saxta ittihamla Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma ) maddəsi ilə təqsirli bilinərək həbs edilməsi barədə danışılıb.