BİR QRUP JURNALİSTİN APELLYASİYA ŞİKAYƏTİ ÜZRƏ MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Dünən (5 oktyabr)  Bakı Apellyasiya  Məhkəməsində hakim Natiq Abbasovun sədrliyi ilə bir qrup jurnalist –  Elçin Həsənov, Əfqan Muxtarlı və Natiq Ədilovun Səbail rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinə qarşı Səbail rayon Məhkəməsinin çıxardığı qərardan verdikləri  apellyasiya şikayəti üzrə məhkəmə hazırlıq iclası keçirilib.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) Elçin Həsənov məlumat verib.
Prosesdə E. Həsənov  39-cu Polis Bölməsinin əməkdaşlarının jurnalistlərə fiziki təzyiq göstərdiyini və döyülmə nəticəsində jurnalistlərin xəsarət almalarını bildirib. Həmçinin o ilkin instansiya məhkəməsinə  məlum hadisəni əks etdirən foto və video görüntülərin təqdim edildiyi, amma sübutların  alınmamağını da hakimin diqqətinə çatdırıb.  
Belə ki, hakim Abbasov cavabdeh tərəfdən heç bir nümayəndənin prosesə qatılmadığını əsas gətirərək, növbəti prosesi 19 oktyabr saat 15:00-a təyin edib.
Xatırladaq ki, adıçəkilən jurnalistlər 10 may 2009-cu il tarixində  Səbail RPİ-nin 39-cu polis bölməsinin qarşısında fiziki təzyiqə məruz qalıb. Onlar Azərbaycan Dövlət Neft Akademiyasındakı silahlı basqında həlak olanlarla bağlı mətəm elan olunmamağına və “Gül bayramı”na etiraz edən bir qrup gəncin saxlanılması ilə bağlı məlumat əldə etmək üçün  39-cu Polis Bölməsinin qarşısında olarkən polislər tərəfindən döyülüblər.  Jurnalistlər  polisin hərəkətinin qanunsuz  hesab edilməsi xahişi ilə məhkəməyə müraciət ediblər. Səbail rayon Məhkəməsi 2 aprel 2010-cu il tarixində iddianın təmin edilməməyi ilə bağlı qərarından sonra jurnalistlər apellyasiya şikayəti veriblər.

Previous Post

GÜNÜN XƏBƏRLƏRİ 5 OKTYABR

Next Post

BU GÜN RATİ-NİN MƏTBUAT MƏRKƏZİNDƏ KEÇİRİLƏN TƏDBİRLƏRİN XÜLASƏSİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.