BU GÜN RATİ-NİN MƏTBUAT MƏRKƏZİNDƏ KEÇİRİLƏN TƏDBİRLƏRİN XÜLASƏSİ

Bu gün (6 oktyabr) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mətbuat mərkəzində “Nota” qəzetinin baş redaktoru Sərdar Əlibəyli deputatlığa namizədlikdən imtina etməsi ilə bağlı  mətbuat konfransı keçirdi.

O hökumət nümayəndələrinin müdaxiləsi nəticəsində namizəd kimi qeydiyyata alınması üçün zəruri lazım olan imzaları yığa bilmədiyi üçün bu addımı atdığını bəyan etdi.
RATİ-nin mətbuat mərkəzində bu gün digər mətbuat konfransı isə  Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin sabiq giziri Həsənov Kazım Əziz oğlunun vəkili Azər Nağıyev və onun qohumlarının iştirakı ilə  keçirildi. Tədbirdə gizirin saxta ittihamla Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma ) maddəsi ilə təqsirli bilinərək həbs edilməsi barədə danışılıb.

Previous Post

BİR QRUP JURNALİSTİN APELLYASİYA ŞİKAYƏTİ ÜZRƏ MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Next Post

HƏRBÇİNİN HƏBSİ İLƏ BAĞLI MƏTBUAT KONFRANSI KEÇİRİLDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.