Bu gün (18 oktyabr) İfadə Azadlığını Müdafiə Komitəsi (İAMK) öz ofisində jurnalist Eynulla Fətullayevin qanunsuz olaraq saxlandığı həbsdən azad edilməsi tədbirlərini müzakirə edib.
Tədbirdə Avropa Məhkəməsinin hələ bir müddət öncə E.Fətullayevin həbsdən azad edilməsi barədə qərar verdiyi, rəsmi Bakının bu qərardan Böyük Palataya şikayət verdiyi, məsələni araşdıran xüsusi komitənin isə məsələnin Böyük Palataya çıxarılmaması qərarı qəbul etdiyi xatırladılıb.
Natiqlər Avropa Məhkəməsinin jurnalistin dərhal həbsdən azad edilməsi haqqında qərarının qüvvədə qaldığını və dərhal icraya yönəldilməli olduğunu vurğulayıblar.
“Bundan sonra E.Fətullayevin həbsdə saxlandığı hər gün qanunsuzluqdur”, – deyə Media Hüququ İnstitutunun rəhbəri Rəşid Hacılı məsələyə münasibətini ifadə edib. Natiq E.Fətullayevin ədalətli araşdırma və mühakimə hüquqları pozulduğu üçün Avropa Məhkəməsinin onun dərhal həbsdən azad edilməsi qərarı qəbul etdiyini nəzərə çatdırıb.
Jurnalist Şahvələd Çobanoğlu isə E.Fətullayevin oktyabrın 19-dan aclıq aksiyasına başlayacağını, mətbuatdan dəstək istədiyini deyib. O, bu aksiyaya dəstək dedikdə heç də hamının aclıq aksiyasına qoşulmasının yox, müxtəlif tipli aksiyalarla E.Fətullayevlə həmrəylik nümayiş etdirilməsinin başa düşüldüyünü vurğulayıb. Eyni zamanda, natiq E.Fətullayevlə bağlı məhkəmə proseslərində rayon, apellyasiya və Ali Məhkəmə instansiyalarının hər birində 3 hakimin iştirak etdiyini deyərək, bu hakimlərin məsuliyyətli olduqlarını xatırladıb.
“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev imza toplama aksiyasını önə çəkib və bu formatı ictimai həmrəyliyin ifadəsi adlandırıb. O, imza toplanışının həm də E.Fətullayevə münasibətdə kifayət qədər insanın hakimiyyətdən fərlqi düşünməsinin göstəricisi kimi dəyərləndirib.
Politoloq Eldar Namazov E.Fətullayevin həbsini siyasi sifarişin nəticəsi saysa da, bu sifarişi yerinə yetirən icraçıları konkret cinayət əməli törətməkdə ittiham edib. Onun fikrincə, ölkədə jurnalistlərə qarşı ədalətsiz qərarlar verən, istintaq aparan hüquq-mühafizə əməkdaşlarının siyahısı hazırlanmalı, apardıqları işlər sənəd halına salınaraq, beynəlxalq qurumlara çatdırılmalıdır. Bundan əlavə, demokratik düşərgədən olan deputatlığa namizədlər efirdə bu aksiyaya dəstək olduqlarını ifadə edən fikirlər səsləndirməlidir.
Politoloq Zərdüşt Əlizadə isə bir qrup şəxsin görüş məqsədilə Kürdəxanıda E.Fətullayevin saxlandığı Bakı Vahid İstintaq Təcridxanasına getməsini təklif edib. Onun fikrincə, görüşə icazə verilməsə belə, bu, həmrəylik aksiyası xarakteri daşıyar.
Tədbirdə həmçinin jurnalisti qanunsuz olaraq həbsdə saxladığı üçün Ədliyyə Nazirliyinin məhkəməyə verilməsi, AŞ və ATƏT təmsilçilərilə görüşlər keçirilməsi kimi təkliflər də səslənib.