APELLYASİYA MƏHKƏMƏSİ HÜQUQ MÜDAFİƏÇİSİNİN ŞİKAYƏTİNİ TƏMİN ETMƏDİ

Bu gün (18 oktyabr ) Apellyasiya Məhkəməsinin hakimi Etibar Nəbiyevin sədrliyi ilə hüquq müdafiəçisi Rəsul Cəfərovun Pentensiar Xidmətə göndərilən sorğunun tam cavablandırılması ilə bağlı verdiyi iddia üzrə şikayətə baxılıb.

Beynəlxalq Ədalət Körpüsü təşkilatının 2010-cu ildə keçirdiyi müsabiqənin qalibi olmuş Cəfərov bu təşkilatın dəstəklədiyi layihə çərçivəsində Penitensiar Xidmətə informasiya sorğusu göndərib. Sorğuda vaxtından əvvəl azadlığa buraxılmış məhbusların sayı ilə bağlı ümumiləşdirilmiş statistik məlumatlar istənilsə də, Penitensiar Xidmət bu məlumatların xidməti məlumatlar olduğunu bildirərək onları verməkdən imtina etmişdir. Cəfərov isə öz növbəsində bu imtinanı qanunsuz hesab edərək Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi vermişdi. Lakin məhkəmə iddianı icraata götürməkdən imtina etdiyi üçün hüquq müdafiəçisi şikayət təqdim edib.
“Əslində Yasamal Rayon Məhkəməsi qeyri-qanuni olaraq iddianı icraata götürməkdən imtina etmişdi, belə ki, imtina haqqında qərarda bildirilirdi ki, mən iddia ərizəsinə sənədlərin təsdiq edilməmiş kserosurətini əlavə etmişəm. Əslində kserosurət sadəcə Penitensiar Xidmətin cavab məktubu olub, çünki dövlət qurumunun cavab məktubu 1 nüsxədə idi, onun surətini isə heç bir notarius təsdiq etmir, çünki bu dövlət qurumunun rəsmi sənədidir, yəni onun təsdiqə ehtiyacı yoxdur. Bununla belə verdiyim şikayətə həmin məktubun əslini də əlavə etmişdim, lakin yenə də iddianı icraata götürməyiblər. Təəssüflər olsun ki, Apellyasiya Məhkəməsi də qərarı dəyişmədi”, – deyə Cəfərov RATİ-yə qərarla bağlı münasibətini açıqlayıb.    

Previous Post

JURNALİSTİN AZADLIĞA NAİL OLMAQ ÜÇÜN TƏKLİFLƏR EDİLİB

Next Post

SABAHDAN ETİBARƏN EYNULLA FƏTULLAYEV ACLIQ AKSİYASINA BAŞLAYACAQ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.