KİV-Ə DÖVLƏT DƏSTƏYİ FONDU RƏHBƏRİNİN İDDİASI İLƏ QƏZET CƏRİMƏLƏNDİ

Fevralın 7-də Bakı Apellyasiya Məhkəməsində hakim Məmməd Məmmədovun sədrliyi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun  icraçı direktoru Vüqar Səfərlinin   “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı barəsində qaldırdığı iddia üzrə  Nərimanov rayon Məhkəməsinin çıxardığı 12 oktyabr 2010-cu il tarixli qərarından verilən qarşılıqlı apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Prosesdə hakim Səfərlinin iddiasını qismən təmin edərək Zeynallının üzür istəyərək təkzib verməsi və 5 min manat həcmində cərimələnməsi barədə qərar verib.

Prosesdən sonra “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı və vəkili Elçin Sadıqov Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna bildiriblər ki,  bu qərarından kassasiya şikayəti verəcəklər.

            Xatırladaq ki, Vüqar Səfərli Əvəz Zeynallının müəllifi olduğu və “Xural” qəzetinin 25-31 iyul 2010-cu il tarixli sayında dərc olunmuş “İlham Əliyev “Xural”ın prezidenti deyil?!” başlıqlı yazıda barəsində “mətbu qəssab” ifadəsinin işlədilməsini şərəf və ləyaqətinin təhqir olunması kimi dəyərləndirərək, cavabdehin təkzib verilərək üzr istənilməsi və qəzetin 10.000 manat təzminat ödəməsi barədə iddia qaldırıb.

 

Previous Post

XULİQANLIQDA TƏQSİRLİ BİLİNƏN MÜXBİRİN APELLYASİYA ŞİKAYƏTİ ÜZRƏ MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Next Post

GƏNC FƏAL NARKOTİK İTTİHAMI İLƏ HƏBS EDİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.