Dünən “Azadlıq” qəzetinin əməkdaşı Aqil Xəlil Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində dindirilib.
Dindirilmə zamanı vəkil Elçin Sadıqov da Aqillə birlikdə olub. Həmçinin RATİ-nin əməkdaşları da hadisə yerində olub. Dindirilmə gecə saat 2 radələrində başa çatıb. Və bundan sonra A.Xəlili Kürdəmirə yola salıblar. Hadisə ilə bağlı jurnalistlə əlaqə saxlamağa çalışsaq da telefonuna zəng çatmadığından bu mümkün olmadı. “Azadlıq” qəzetinin direktoru Azər Əhmədov RATİ-yə bildirib ki, “A.Xəlili yola saldıqdan sonra heç bir xəbərim yoxdur. Ehtimal ki, o, hal-hazırda istirahət edir.”