EYNULLA FƏTULLAYEV HARAŞTİ İLƏ GÖRÜŞDƏN SONRA ACLIĞI DAYANDIRIB

“Gündəlik Azərbaycan” və “Realniy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayev bu gündən aclıq aksiyasını dayandırıb.

Bu barədə məlumatı dəqiqləşdirmək məqsədilə Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr şöbəsi ilə əlaqə saxladıq. Şöbədə Fətullayevin aclığı dayandırması haqında məlumatı təsdiqlədilər. Səbəb soruşduqda isə, “jurnalistin səbəb göstərmədiyini bildirdilər”.
Fətullayevin atası Emin Fətullayevlə telefon vasitəsilə RATİ-yə bildirdi ki, “bu gün  vəkil İsaxan Aşurovla onun yanına getmişdik. Məni onunla görüşə buraxmadılar. İsaxan Aşurov onun yanında olarkən ATƏT-in KİV azadlığı üzrə xüsusi nümayəndəsi Mikloş Haraşti də ora gəldi. Baş redaktorla görüşdən sonra Haraşti Fətullayevin aclığı dayandırdığını bildirib və qeyd edib ki, “bu barədə mən özüm bəyanat verəcəyəm”.   
Vəkil İsaxan Aşurovun RATİ-yə məlumat verib ki, “Haraştinin söz azadlığını müdafiəsi sahəsində həmişə prinsipiallıq nümayiş etdirməsini. Azərbaycanda söz azadlığının vəziyyətini həmişə düzgün işıqlandırdığını nəzərə alan Fətullayev Haraştinin xahişindən sonra aclığı dayandırıb. Amma bir şərtlə ki, Əli İnsanov və Qənimət Zahidov da aclığı dayandırsın”.
*Üzeyir Cəfərovun RATİ-yə verdiyi məlumata görə Fətullayev aclığı dayandırıdğından ümumi razılıq nəticəsində jurnalistlər və aclıq edən digər şəxslər aclığı dayandırıblar.

Previous Post

MİKLOŞ HARAŞTİ “KİV-İN ÖZÜNÜTƏNZİMLƏMƏSI ÜZRƏ” VƏSAİTİN TƏQDIMATINI KEÇİRİB

Next Post

TELEKANALLARDA AQİL XƏLİLLƏ BAĞLI VİDEOSÜJET YAYIMLANIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.