MİKLOŞ HARAŞTİ “KİV-İN ÖZÜNÜTƏNZİMLƏMƏSI ÜZRƏ” VƏSAİTİN TƏQDIMATINI KEÇİRİB

Bakıda səfərdə olan ATƏT-in media azadlığı üzrə nümayəndəsi Mikloş Haraşti bu gün “KİV-in özünütənzimləməsi üzrə” vəsaitin təqdim edib.

Belə kitabçanın ilk dəfə nəşr olunduğunu və yalnız Azərbaycanda təqdimatının keçirildiyini deyib. Haraşti bildirib ki, “media dövlətə aid olmamalıdır. Mətbuatın  keşiyində jurnalistlərin özü dayanmalıdır. Mətbuatın müdafiəsini həyata keçirmək hakimiyyətin borcu deyil. Hakimiyyətin görə biləcəyi iş qanunvericiliyin liberallaşdırılmasıdır, yəni diffamasiyaya görə məsuliyyəti nəzərdə tutan müddəaların qanunvericilikdən çıxarılmasıdır.”
ATƏT nümayəndəsi dünyada tam məsuliyyətli KİV-in olmadığını və kommersiya mediasının hər zaman mövcud olduğunu vurğulayıb. Haraşti əlavə edib ki, “son zamanlar Azərbaycanda söz azadlığına dair məsələləri müşahidə edirik. Və son vaxtlar jurnalistlərin həbs olunmasından çox narahatıq. Jurnalistlər peşəkar səhvlərə görə cinayət məsuliyyətinə cəlb edilməməlidirlər”. 
Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxışı zamanı Azərbaycanda media üzrə ombudsman təsisatının  yaradılacağına inandığını bildirib. Onun sözlərinə görə, tam azad olmayan mətbuatdan gerçək məsuliyyəti tələb etmək düzgün deyil.
“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu isə Azərbaycanda mətbuatın vəziyyətinin ağır olduğunu vurğuladı: “mən çətinliklərlə üzləşsəm, dəfələrlə həbsxanalara düşsəm də heç vaxt bu ilki qədər ümidsiz olmamışdım. Azərbaycan mediasını bütün dünyanın gözü qabağında məhv edirlər. Cəmi 2-3 qəzet var ki, tamamilə azaddır. İki sahə qalıb ki, onlar hakimiyyətin oliqarxlarının monopoliyasında deyil. Onlardan biri yazılı mətbuatdır. Bizi də o monopoliyanın bir sektoruna çevirmək istəyirlər.  İllərdir ki, biz buna müqavimət göstəririk. Mən ümid edirəm ki, heç olmasa gələn il bu vaxta qədər köhnə baş redaktorlardan biri qalacaq ki, işə yenidən başlasın”.

 

Previous Post

TELEKANALLARLA BAĞLI MƏSƏLƏ MÜBAHİSƏ YARATDI

Next Post

EYNULLA FƏTULLAYEV HARAŞTİ İLƏ GÖRÜŞDƏN SONRA ACLIĞI DAYANDIRIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.