“Azadlıq” qəzetinin əməkdaşı Fikrət Hüseynli hədələnir.
Hüseynli RATİ-yə bildirib ki, aprelin 10-dan etibarən ona müxtəlif nömrələrdən hədələyici zənglər gəlir və zəng edən şəxslər onu siyasi xarakterli yazılarına görə ölümlə hədələyir. Eyni zamanda jurnalist müxtəlif formalarda təhqir də edilir. Hüseynli özü də hesab edir ki, zənglərin səbəbi onun sərt yazılarıdır. Sonuncu zəng dünən edildiyini deyən Hüseynli bununla belə heç bir hüquq mühafizə orqanına müraciət etməyəcəyini vurğulayıb.