MÜŞFİQ HÜSEYNOVUN SOYUQDƏYMƏSİ VAR

Dünən (16 aprel) “Bizim yol” qəzetinin həbsdə olan jurnalisti Müşfiq Hüseynovun qardaşı oğlu Təhmasib Hüseynov 2 saylı Cəzaçəkmə müəssisəsində jurnalistlə görüşüb.

Təhmasib Hüseynovun RATİ-yə bildirib ki, “Müşfiqin saxlanma şəraitindən və ona qarşı olan münasibətdən heç-bir şikayəti yoxdur. Bununla belə,   onun soyuqdəyməsinin olduğunu deyə bilərəm” .

Xatırladaq ki, Müşfiq Hüseynov Cinayət Məcəlləsinin 311.1-ci maddəsi (rüşvət alma) ilə ittiham edilərək, Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmənin hakimi Camal Ramazanovun 21 yanvar 2008-ci il tarixində çıxardığı qərar ilə 6 il müddətinə azadlıqdan və 2 il müddətinə jurnalist fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilmişdi. Bakı Apellyasiya Məhkəməsinin hakimi Sahibxan Mirzəyevin 04 aprel 2008-ci ildə çıxardığı qərara əsasən jurnalistin həbs müddəti bir azaldılaraq, beş ilə endirilib.

Previous Post

GƏLƏN HƏFTƏ ZAHİDOVUN HƏBSİNDƏN VERİLƏN ŞİKAYƏTƏ BAXILACAQ

Next Post

“AZADLIQ” QƏZETİNİN ƏMƏKDAŞI HƏDƏLƏNİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.