“AZADLIQ” QƏZETİNİN ƏMƏKDAŞI HƏDƏLƏNİR

aprel 17th, 2008
“Azadlıq” qəzetinin əməkdaşı Fikrət Hüseynli hədələnir.

Hüseynli RATİ-yə bildirib ki, aprelin 10-dan etibarən ona müxtəlif nömrələrdən hədələyici zənglər gəlir və zəng edən şəxslər onu siyasi xarakterli yazılarına görə ölümlə hədələyir. Eyni zamanda jurnalist müxtəlif formalarda təhqir də edilir. Hüseynli özü də hesab edir ki, zənglərin səbəbi onun sərt yazılarıdır. Sonuncu  zəng dünən edildiyini deyən Hüseynli bununla belə  heç bir hüquq mühafizə orqanına müraciət etməyəcəyini vurğulayıb.