LİSENZİYALAŞDIRMA MƏSƏLƏSİ İLƏ BAĞLI AVROPA MƏHKƏMƏSİ AZƏRBAYCAN HÖKUMƏTİ İLƏ KOMMUNİKASİYAYA BAŞLAY

            1991-ci ildə Balakən rayonunda yaradılan və sonradan adı dəyişdirilərək DM-TRV olan televiziya və radio şirkətinin şikayəti ilə bağlı Avropa Məhkəməsi Azərbaycan hökuməti ilə kommunikasiyaya başlayıb. Bu barədə RATİ-yə şirkətin hüquqlarını müdafiə edən vəkil İntiqam Əliyev məlumat verib. a

Qeyd edək ki, bu şirkət 2003-cü ildə lisenziya almaq üçün Milli Televiziya və Radio Şurasına (MTRŞ) müraciət edib, lakin bir illik gözləmədən sonra Şura lisenziya verməkdən faktiki olaraq imtina edib. 2005-ci ilin oktyabrında məsələ ilə bağlı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi, Tezliklər üzrə dövlət Komissiyası və MTRŞ-ya qarşı iddia qaldırılıb. 2006-cı ilə oktyabrın 31-də Səbail Rayon Məhkəməsi iddianın təmin edilməməsi ilə bağlı qərara çıxarıb. Apellyasiya Məhkəməsi, daha sonra Ali Məhkəmədə aşağı məhkəmənin qərarını qüvvədə saxlayıb. Şirkət İnsan Hüquq və Əsas Azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 10-cu maddəsi ilə nəzərdə tutulan ifadə azadlığının pozuntusu iddiası ilə Avropa Məhkəməsinə müraciət edib. Eyni zamanda ədalətli məhkəmə hüququnun (13-cü maddə) pozulması və şirkətə qarşı Konvensiyanın 14-cü maddəsi ilə qadağan edilən ayrı-seçkiliyin tətbiq edilməsi də şikayətdə vurğulanır.  
Previous Post

NEMƏT PƏNAHLININ CİNAYƏT İŞİ ÜZRƏ İSTİNTAQ YEKUNLAŞIR

Next Post

BAŞ PROKURORLUQ BƏXTİYAR HACIYEVİN FİZİKİ HÜCUMA MƏRUZ QALMASI İLƏ BAĞLI CİNAYƏT İŞİ AÇMAQDAN İMTİNA

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.